"Türk dünyasını gələcəyə hazırlayırıq".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, türk dünyası hazırda beynəlxalq aləmdə baş verən proseslərə etinasız yanaşmamalıdır: "Dünyanın hər yerində problem var. Həmrəy olandan sonra bütün problemlərin öhdəsindən gələrik. Necə deyərlər, güc birlikdədir".
Nazir eyni zamanda vurğulayıb ki, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli platforması yaradılıb.