Noyabrın 14-də İndoneziyanın Bali adasında keçirilən iyirmilik qrupunun (Böyük iyirmilik – G20) sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden və Çin rəhbəri Si Cinpin arasında ikitərəfli görüş keçiriləcək.
TASS bildirir ki, bu barədə cümə axşamı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
Onun yaydığı yazılı açıqlamaya görə, görüş 14 noyabr 2022-ci ildə baş tutacaq.
“Liderlər Birləşmiş Ştatlar və Çin arasındakı əlaqələrin saxlanılması və genişləndirilməsi səylərini müzakirə edəcəklər. Həmçinin, dövlət başçıları bir sıra regional və qlobal problemlər üzərində də fikir mübadiləsi aparacaqlar”, – Ağ Evin sözçüsü bildirib.