Mehriban Əliyeva Səmərqənddə şam yeməyində iştirak edib - “ÖZBƏKİSTANIN RƏNGLƏRİ” SƏRGİSİNƏ VƏ “LAZGİ” BALETİNƏ BAXIB
FOTO

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə təşkil olunan şam yeməyində iştirak ediblər. 

**

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai birlikdə sərgiyə baxıblar. 

Qeyd edək ki, sərgidə Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunur. Burada sərgilənən əsərlər Özbəkistanın XX əsr təsviri sənətinin bütün istiqamətlərini əhatə edir. Özbəkistanın qeyri-adi təbiəti, qədim abidələri rəssamlar üçün hər zaman ilham mənbəyi olub. Qaraqalpaqıstanın bir çox rəssamları mavi Aral dənizi və Amudəryadan ilhamlanaraq mükəmməl əsərlər ərsəyə gətiriblər.

 

Özbəkistanda təsviri sənət XX əsrdə sürətlə inkişaf edib. Həmin dövrün rəssamlarının həyatlarının müxtəlif olmasına baxmayaraq, onları birləşdirən Özbəkistan idi. Təkcə Özbəkistanda doğulan rəssamlar deyil, buraya müxtəlif yerlərdən gələnlər də günəşli diyarın ecazkarlığına valeh olaraq bu qədim torpaqda həmişəlik yaşayıb-yaradıblar. Bu gün onların da əsərləri sərgidə nümayiş olunur. 

Qeyd edək ki, sərgidə 14 rəssamın 90-dan çox əsəri nümayiş etdirilir.

 

**

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənd şəhərində Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrında “Lazgi” adlı baletə də baxıblar. 

2019-cu ildən UNESCO-nun Hökumətlərarası Komitəsi “Lazgi-Xarəzm rəqsi”ni bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edib. Xarəzm torpağında yaranmış “Lazgi” rəqsi təbiətdəki səs və təzahürləri, sevgi və xoşbəxtlik hisslərinin hərəkətlərdə təcəssümüdür.

 

Hazırda “Lazgi” Özbəkistanın bütün regionlarında populyardır. Tamaşanın xoreoqrafı Berlin Milli Operası yanındakı balet məktəbinin məzunu Raul Raymondo Rebekdir. Rebekin Koreya Respublikasının “Universal Ballet” truppası üçün qurduğu “Bəyaz röya” birpərdəli tamaşası ötən il Astanada Avrasiya müasir rəqs festivalında maraqla qarşılandıqdan sonra “Lazgi” balet tamaşasının quruluşu da məhz ona həvalə edilib. 

Bu rəqsə həsr olunan balet tamaşası Özbəkistan rəqs ənənələrini beynəlxalq mədəni mühitdə yaymağa kömək edir. Bu məqsədlə də ölkənin qeyri-maddi irsini tanıtmaq və özbək baletini məşhurlaşdırmaq üçün əsərin xarici ölkələrdə nümayişi nəzərdə tutulur.

 

Qeyd edək ki, hazırda “Lazgi”nin nümayiş olunduğu Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrı Özbəkistanın ən böyük teatrlarından biridir. Görkəmli özbək şairi, yazıçısı və dramaturqu Həmid Alimcanın adını daşıyan teatr 1914-cü ildə rus, özbək və tacik aktyorları və rəssamları tərəfindən yaradılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.