Rusiya ABŞ-ın 200 vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
Senzor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bayden administrasiyası tərəfindən Rusiya rəsmilərinə, ictimaiyyət nümayəndələrinə, mədəniyyət xadimlərinə deyil, həm də Vaşinqtona etiraz edənlərə qarşı mütəmadi olaraq tətbiq edilən bütün yeni sanksiyalara cavab olaraq ABŞ vətəndaşlarına giriş qadağası tətbiq edilir”, - XİN-in bəyanatında deyilir.
Siyahıya daxil edilən şəxslərə qadağa daimi tətbiq olunur.
Qeyd edək ki, siyahıda ABŞ Prezidenti Co Baydenin iki qardaşı - Ceyms və Frensiz Baydenlərin, eləcə də bacısı Valeri Bayden Ouens-in də adları yer alıb.