Rusiyanın Ukraynaya atdığı raketlər Polşa ərazisinə düşüb?
ZELENSKİ NATO-nu AQRESSORA CAVAB VERMƏYƏ ÇAĞIRDI

Polşanın Ukrayna ilə sərhəddə yerləşən Pşevoduv kəndinə iki raket düşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nəticədə 2 nəfər ölüb, yaralananlar var.

 

Qeyd olunur ki, Pşevoduv kəndi Ukrayna ilə sərhəddən 5 kilometr məsafədə yerləşir.

 

NATO üzvü olan Polşa ərazisinə raket mərmilərinin Rusiyanın Ukraynaya noyabrın 15-dəki genişmiqyaslı raket hücumu nəticəsində düşdüyü ehtimal edilir. Qeyd edək ki, bir neçə saat əvvəl Rusiya Ukraynanın bütün şəhərlərini və enerji obyektlərini vurub, ən azı bir nəfər ölüb. Təxminən doqquz ay davam edən müharibənin ən ağır raket zərbələri dalğası elektrik enerjisində geniş fasilələrə səbəb olub.

 

Polşa hökumətinin sözçüsü Pyotr Müller “Tvitter”də Baş nazir Mateuş Moravietskinin Milli Təhlükəsizlik Bürosunun təcili iclasını çağırdığını bildirib.

 

Yerli mətbuatın yazdığına görə, Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.

 

Təyyarələr Polşa-Ukrayna sərhədində patrul uçuşları həyata keçirirlər. Bundan əlavə, NATO-ya məxsus pilotsuz uçuş aparatları da Polşa-Ukrayna sərhədində uçuşlar edirlər.

 

Bu arada Rusiya tərəfi Polşa ərazisinə raket düşməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Polşa KİV-lərinin və rəsmilərinin Rusiya raketlərinin Pşevoduv ərazisinə düşməsi ilə bağlı açıqlamaları məqsədli təxribatdır.

 

Məsələyə ənənəvi axşam videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski də münasibət  bildirib. O qeyd edib ki,  Rusiyanın terroru təkcə Ukraynanın dövlət sərhədlərilə məhdudlaşmır, Rusiya raketləri Polşanı da vurub.

 

Prezident əlavə edib ki, Rusiya nə qədər cəzasızlıq hiss etsə, bir o qədər çox təhlükəli olacaq: "NATO ərazisinə raket zərbələri endirildi. Bu, Rusiyanın kollektiv təhlükəsizliyə raket hücumudur. Bu, çox əhəmiyyətli bir eskalasiyadır. Biz hərəkət etməliyik".

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.