Yunanıstan XİN başçısı Liviya Prezidenti ilə görüşdən imtina edib

Yunanıstan xarici işlər naziri Nikos Dendias son məqamda Liviya Prezident Şurasının sədri Mohamed Menfi ilə görüşdən imtina edib.


Yunanıstan XİN başçısı Dendias və Mohamed Menfi arasında görüşün ləğv olunması barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.


"Prezident Menfi ilə görüşməli olduğum Liviyanın Tripoli şəhərinə səfərim Yunanıstan və Liviya Xarici İşlər Nazirlikləri arasında görüşün olmaması barədə razılaşmanı qarşı tərəf pozduğu üçün ləğv edilib", nazir deyib.


Dendiasın təyyarəsi Tripoliyə endikdən bir neçə dəqiqə sonra xarici işlər naziri təyyarədən enmədən dərhal Benqaziyə uçub.


Mənbələr bildirib ki, Menfi və Dendias arasında görüş planlaşdırılmayıb lakin Menfi Dendiasdan səfərdən bir gün əvvəl onunla görüşmək üçün Tripolidə dayanmağı xahiş edib. Nazir Dendias yalnız Menfi ilə görüşəcəyini və başqa heç bir şəxsin iştirak etməməsi şərti ilə görüşə razılaşıb.


Təyyarə Tripoliyə enərkən, Tripoli hökumətinin xarici işlər naziri Najla Manguş onu qarşılamaq üçün hava limanında gözləyirdi, bu zaman Dendias Menfi ilə görüşmədən ayrılmağa qərar verib.


Nikos Dendias Benqazi hava limanından foto paylaşaraq: "Şərqi Liviyaya səfər proqramının normal şəkildə həyata keçiriləcəyi Benqazi hava limanında", deyə qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.