İranın ali dini lideri Əli Xamenei etiraz nümayişlərində iştirak edənlərin cəzalandırılmasını tələb edib.
“Qafqazinfo” xəbər verir ki, İranın dini lideri bu tələbi İsfahan şəhərində xalqa müraciət edərkən səsləndirib.
Bildirib ki, ölkə boyu davam edən nümayiş və iğtişaşlarda iştirak edənlər cəzalandırılmalıdır.
İranda üçüncü ayına qədəm qoyan etirazlara toxunan Xamenei qiyamın sona çatacağını və ölkənin inkişafının davam edəcəyini vurğulayıb: “Üsyançılar xalqı küçələrə çıxara bilmədilər. Bu səbəbdən çaşqınlıq yaratmaqla təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Uğur qazana bilməyəcəklər və üsyan bitəcək!”.