Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçuların bazalarına qarşı hava əməliyyatının ilk görüntülərini yayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə nazirlik özünün "Twitter" səhifəsində paylaşım edib.
"Terrorçuların yuvaları birbaşa zərbələrlə məhv edilir", - paylaşımda deyilir.
Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, hava əməliyyatı PKK/KCK/YPG terrorçularının Türkiyəyə qarşı hücumlar üçün baza kimi istifadə etdiyi İraq və Suriyanın şimal bölgələrində həyata keçirilir.
Terör yuvaları tam isabet vuruşlarla yerle bir ediliyor! ?? pic.twitter.com/9jiFRn0hej
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 19, 2022