Hulusi Akar antiterror əməliyyatını izləyir
FOTO

“Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında PKK/KCK/YPG və digər terrorist qüvvələrinə qarşı keçirdiyi xüsusi antiterror əməliyyatı zamanı terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları dağıdılıb. Biz onları yaxından izləyirik”.


Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib. 


Onun sözlərinə görə, antiterror əməliyyatında yalnız terrorçular və terrorçulara məxsus strukturlar hədəfə alınıb: “Biz ölkəmizi və millətimizi 40 ildir davam edən terror bəlasından xilas etmək əzmindəyik, qərarlıyıq və bunu bacarırıq. Biz şəhidlərimizin, günahsız insanların qanını heç vaxt yerdə qoymamışıq, qoymuruq, qoymayacağıq!”.


Qeyd edək ki, antiterror əməliyyatının gedişatını Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler izləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.