İranın Kirmanşah şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri polkovnik Səid Beheştirad qəzəbli etirazçılar tərəfindən öldürülüb.
Senzor.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Xatırladaq ki, sentyabrın sonunda SEPAH-ın təcrübəli zabitlərindən olan polkovnik Mohsen Dalvənd də qəzəbli etirazçılar tərəfindən öldürülmüşdü. O, Sərdəşt şəhərində bir neçə güllə yarası almış və yerindəcə keçinmişdi.
Bundan əlavə, noyabr ayı ərzində təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı da qətlə yetirilib. Məşhəd, İsfahan, Kirmanşah və digər şəhərlərdə aksiya iştirakçıları tərəfindən qətlə yetirilənlər əsasən “Bəsic” təşkilatının üzvləridir. Bu təşkilat könüllülərdən ibarətdir və İran İslam İnqilabı Keşikçiləri Korpusunun yanında fəaliyyət göstərir. Şahidlərin sözlərinə görə, İranın bütün şəhərlərini bürüyən kütləvi aksiyaların yatırılmasında “Bəsic” üzvləri polis və digər təhlükəsizlik qüvvələri ilə birlikdə hərəkət edib. Təşkilat üzvlərinin aksiya iştirakçılarına qarşı daha qəddar davranması diqqətdən yayınmayıb.
Bu mənada aksiya iştirakçıları tərəfindən məhz “Bəsic” üzvlərinin hədəf seçilərək qətlə yetirilmələri heç də təsadüfi hal hesab olunmur.
Senzor.az