Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxacaq.
Məlumata görə, 37 yaşlı idmançı dekabrın 17-də ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gələcək.
Ağayev rəsmi instaqram hesabında istəyinin kəməri qazanmaq olduğunu bildirib: "Allah utandırmasın. Hər kəs dua etsin. Əlimdən gələni edəcəyəm. Bu kəməri qazansam, yeni versiya üzrə dünya çempionu olacağam".