Bu gün günorta saatlarından başlayaraq Ukraynanın paytaxtı Kiyev və digər şəhərləri Rusiya ordusu tərəfindən raket atəşinə tutulub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat yayıb.
Raket zərbələri nəticəsində paytaxtda ikimərtəbəli binaya ciddi ziyan dəyib. Son məlumata görə, 4 nəfər ölüb, 21 nəfər isə yaralanıb.
Ukraynanın qərbində yerləşən Lvov şəhərinin elektrik təchizatı da hədəfə alınıb. Lvovun meri Andrey Sadovıy bütün şəhərin elektriksiz qaldığını bildirib və sakinləri sığınacaqlara getməyə çağırıb.
Kiyevin meri də bildirib ki, şəhərin kritik infrastruktur və yaşayış binaları vurulub.
Kiyev və Lvovdan gələn yeni xəbərlərdən bir qədər əvvəl isə rəsmilər Ukraynanın cənubunun yenidən hücumlara məruz qaldığını bildiriblər. Nikolayev vilayətinin qubernatoru cənub və şərqdən gələn çoxlu raketlər barədə xəbərdarlıq edib.