Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə Nazirlikdən vurğulayıblar.