Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Axundov Lüksemburq parlamentinin sədri Fernand Etgenlə görüşüb.
Azərbaycanlı diplomat bu barədə "Twitter"də paylaşım edib.
“Azərbaycan-Lüksemburq münasibətlərinin bu günü və gələcəyi, xalqlarımız arasında əməkdaşlığın dəstəklənməsi üçün parlamentarilərin mühüm rolu barədə səmərəli və açıq fikir mübadiləsi aparmaqdan məmnun oldum”, - Azərbaycan səfiri vurğulayıb.