Türkiyə Suriya və İraqda quru əməliyyatlara başlayır

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirəcəyi ehtimal edilən quru əməliyyatlarının ilk hədəfinin Ayn Əl-Ərəb, Münbiç və Tel-Rıfat olacağı gözlənilir.


Bu barədə “Milliyyət” yazıb.


Bildirilib ki, ABŞ və Rusiya PKK/YPG terror təşkilatına sərhəd xəttindən 30 kilometr məsafədə geri çəkilməsi üçün təzyiqləri artırıb. Qeyd edilib ki, bu, Türkiyənin tələblərinin yerinə yetirilməsi ilə bağlıdır.


ABŞ-ın tələblərinə görə, terror təşkilatları 30 kilometr geri çəkilməli və bundan sonra əraziyə ABŞ hərbçiləri yerləşdirilməlidir: “Ankara bu plana müsbət yanaşmır. ABŞ-ın ərazidə hərbi cəhətdən güclənməsi davam edir. Son 1 ayda ABŞ bölgədə 6 dəfə hərbi təminat həyata keçirib”.


Qəzet yazır ki, xüsusilə Tel–Rıfat strateji əhəmiyyətə malik ərazidir. Ona görə də, ilkin hədəf kimi nəzərdə tutulub. İddialara görə, məsələ ilə bağlı ərazidəki Rusiyanın hərbi nümayəndələri ilə məsləhətləşmələr aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.