Çinin Londondakı səfiri Cinq Ziquanq Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məlumat verib.
Səfir BBC kanalının müxbiri Edvard Lourensin Çində saxlanılması ilə bağlı nazirliyə dəvət edilib və ondan izahat tələb olunub.
"BBC müxbiri Edvard Lourensin Çində saxlanması dərin narahatlıq doğurur. Jurnalistlər heç bir hədə-qorxu gəlmədən öz işlərini görməlidirlər", - deyə Kleverli vurğulayıb.
Xatırladaq ki, BBC-nin yaydığı açıqlamada Lourensin polis tərəfindən döyüldüyü bildirilib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien isə deyib ki, BBC müxbiri Şanxayda komendant saatına qarşı etirazları işıqlandıran zaman polis tərəfindən saxlanılarkən özünü jurnalist kimi təqdim etməyib.