Almaniya və Yunanıstan istehsalı olan Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” ("Sisters apart") filminin nümayişinin planlaşdırdığına görə Bakıda "Landmark"ın qarşısında etiraz aksiyası keçirilib.
Xəbərə görə, bir qrup sakin binanın qarşısına toplaşıb.
Onlar əllərində tutduqları plakatlarla Türkiyəyə dəstək nümayiş etdirib, "Terrora son!", "Yaşasın Azərbaycan, Türkiyə!" şüarlarını səsləndiriblər.
Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.("Report")