Dünya çempionatında növbəti sensasiya: ALMANİYA MİLLİSİ MUNDİALLA VİDALAŞDI

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında E qrupunun görüşlərinə yekun vurulub. 

 

Senzor.az bildirir ki, sonuncu turun nəticələrinə görə Yaponiya və İspaniya milli komandaları mundialın pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

 

 “Əl Beyt” stadionunda Kosta-Rika və Almaniya milli komandaları üz-üzə gəliblər. Fransız qadın FIFA referisi Stefani Frapparın idarə etdiyi oyunda Bundestim Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb. Buna qrupun digər matçında Yaponiya yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub. 

 

Bu nəticələrdən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olub və pley-offa adlayıb. İspaniya 4 xalla ikinci, eyni xala malik Almaniya üçüncü olub. 3 xalı olan Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.

  

Qeyd edək ki, bundan əvvəl Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş və Xorvatiya yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.