Dekabrın 1-də Rusiya və Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
Onun sözlərinə görə, 50 hərbi əsir Ukraynaya qayıdıb.
Azad edilən ukraynalıların Mariupolda “Azovstal”ın işğalı zamanı ələ keçdiyi bildirilir. Onların arasında Yelenovkada baş verən partlayış zamanı istintaq təcridxanasında olan məhbuslar da var.