İran diversantları Qarabağa keçiblər?

Son iki gündür Azərbaycanın bir sıra hökumətyönlü saytları və telekanalları foto və videokadrlar yayaraq, İranın erməni separatçıları dəstəkləmək üçün öz diversantlarını Qarabağa göndərdiyini iddia edir.

 

Turan bildirir ki, elə həmin mənbələr noyabrın 24-də Laçın Dəhlizi ilə Ermənistandan Qarabağa keçən 14 iranlının adını dərc edib. "Onlar Rusiya sülhməramlıları tərəfindən terror-diversiya təlimləri keçmək üçün qanunsuz olaraq buraxılıblar və hazırda Xankəndindədirlər", - deyə bu KİV-lərin məlumatlarında bildirilir.

 

Azərbaycanın rəsmi qurumları şərh vermirlər. Aydındır ki, dərc edilən məlumatlar kəşfiyyat məlumatlarıdır və yalnız müvafiq orqanlardan sıza bilərdi.

 

Burada təkcə Tehranın düşmənçilik siyasəti deyil, həm də Rusiya sülhməramlılarının təxribat xarakterli davranışı ifşa olunur.

 

Bu məlumatlar fonunda Laçın Dəhlizinə girişdə sərhəd nəzarət məntəqəsi yaratmaq çağırışları daha tez-tez səslənir. Təkcə ekspertlər deyil, Azərbaycan Milli Məclisinin deputatları da bu tələblə çıxış edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.