Suriyanın şimalındakı Cerablus və Əl-Bab bölgələrində keçirilən əməliyyatlar nəticəsində 13 İŞİD, 5 PKK terrorçusu ələ keçirilib.
Senzor.az bildirir ki, bu barədə bazar günü Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, yaxalanan terrorçular arasında İŞİD-in maliyyə əməliyyatlarına məsul şəxs də var.
Tutulan terrorçular təbliğat, işə götürmə və kəşfiyyat məlumatları toplamaaqla yanaşı, hücumlar da hazırlayırmışlar.
Saxlanılanların yaşadıqları ünvanlara baxış zamanı 10 kq evdə hazırlanmış partlayıcı maddə, elektron lövhələr, 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tapança və 253 ədəd giliz aşkar edilib.
Senzor.az