Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Senzor.az bildirir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək. ABŞ-dan olan FIFA referisi İsmail Elfatın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
İkinci qarşılaşma isə Braziliya seçməsi ilə Cənubi Koreya yığması arasında olacaq. Oyunu fransalı hakim Kleman Türpen idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
1/4 finalda məhz bu cütlərin qalibləri bir-üz-üzə gələcəklər.