Moskvadakı Azərbaycan diasporu ilə Rusiya Yəhudi Konqresi arasında Memorandum imzalanıb

Rusiyadakı Azərbaycan diasporu ilə yəhudi diasporu arasıda əməkdaşlıq haqqında Memorandum imzalanıb.


APA xəbər verir ki, Dağ Yəhudilərinin Xeyriyyə Fondunda (STMEQİ) Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti ilə Rusiya Yəhudi Konqresinin rəhbərlikləri arasında görüş keçirilib.

Görüşdə çıxış edən Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, STMEGI Fondunun prezidenti German Zaxaryayev Fondun məqsəd və vəzifələrindən, xeyriyyəçilik, mənəvi-əxlaqi maarifləndirmə, dağ yəhudilərinin adət ənənələrinin, mədəniyyətinin qorunması sahəsində həyata keçirilən çoxsaylı sosial əhəmiyyətli humanitar layihələrdən danışıb.


O, xüsusilə qeyd edib ki, dağ yəhudilərinin məskunlaşdığı Qubanın “Krasnaya Slobada” qəsəbəsi Azərbaycanda və hətta onun hüdudlarından kənarda da ən məşhurdur.


“Əcdadlarımızın vətənindən söz düşmüşkən, biz həmişə diqqətimizi Azərbaycana yönəldirik. Ona görə də biz həmişə doğma azərbaycanlı icmamızın yanında olacağıq, onu hər cür dəstəkləyəcəyik və lazımi köməkliyi göstərəcəyik”, - deyə Rusiya Yəhudi Konqressinin vitse-prezidenti vurğulayıb.


Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov isə çıxışında rəhbərlik etdiyi muxtariyyətin inkişaf Konsepsiyasında əsas müddəlardan birinin Rusiyanın aparıcı diaspor təşkilatları ilə əlaqələrin qurulması olduğunu söyləyib:

“Ən birinci Rusiyadakı dağ yəhudiləri icmasını seçmək heç də təsadüfi deyil. Azərbaycanlıların və dağ yəhudilərinin çoxəsrlik dostluğunun səmimi hisslərlə, sıx mehriban qonşuluq və qardaşlıq əlaqələri ilə, ortaq adət-ənənə və dəyərlərlə toxunan möhkəm tarixi bünövrəsi var. Biz birlikdə çoxmillətli Azərbaycan xalqının ayrılmaz hissəsiyik, ona görə də dağ yəhudiləri həm də ümumi zəngin tarixi-mədəni irsimizin - bizi birləşdirən Azərbaycan mədəniyyətinin daşıyıcılarıdır. Bu baxımdan Azərbaycan bütün dünya üçün hər zaman tolerantlıq və multikulturalizmin parlaq nümunəsi olub və belə də qalır”, - deyə Moskvanın Azərbaycan diasporunun rəhbəri vurğulayıb.


Görüşdə çıxış edən digər natiqlər Azərbaycanda doğulub boya-başa çatan dağ yəhudilərinin nümayəndələrinin hazırda Rusiyada və dünyanın müxtəlif yerlərində yaşamalarına baxmayaraq Azərbaycanın mənafeyi üçün çalışdıqlarını, öz köklərini heç vaxt unutmadıqlarını qeyd ediblər.


Daha sonra Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti ilə Rusiya Yəhudiləri Konqresi və STMEGI Dağ Yəhudiləri Xeyriyyə Fondu arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi olub.


G. Zaxaryayev qeyd edib ki, gələcək birgə əməkdaşlığın bütün mərhələlərini ətraflı müzakirə etməyə imkan verən bu məhsuldar ikitərəfli görüş və imzalanan Memorandumun özü ikitərəfli əməkdaşlığın və yüksək səviyyədə qarşılıqlı etimadın göstəriciləridir. Öz növbəsində Bəxtiyar Həsənov yüksək səviyyədə keçirilən çox səmərəli görüşün, səmimi və dostluq şəraitində keçən hərtərəfli fikir mübadiləsinin əlaqələrin və münasibətlərin səviyyəsini əks etdirdiyinə əminliyini ifadə edərək, yaxın gələcəkdə, eləcə də uzunmüddətli perspektivdə diaspor təşkilatları arasında əhəmiyyətli layihələr üçün möhkəm zəmin yaratdığını bildirib. O, qeyd edib ki, Rusiya Yəhudi Konqresi və Dağ Yəhudiləri Fondu ilə Memorandumun imzalanması Moskvadakı Azərbaycan icmasının real nüfuzunun tanınmasıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.