Avstraliya Rusiya və İran vətəndaşlarını qara siyahıya saldı

Avstraliya Rusiyanın 7 vətəndaşına, eləcə də insan hüquqlarının pozulmasında əli olduğunu hesab etdiyi İrandan olan şəxslərə və təşkilatlara qarşı sanksiya tətbiq etmək qərarına gəlib.


Bu gün Avstraliya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanata görə, bir neçə İran vətəndaşı və təşkilatı Rusiyaya pilotsuz təyyarələrin çatdırılması iddiaları ilə əlaqədar sanksiyalara məruz qalıb.


Onlar arasında İranın əxlaq və "Bəsic"polisi, eyni zamanda Məhsa Əmininin ölümündən sonra etirazların vəhşicəsinə dağıdılmasında iştirak edən 6 nəfər də var.


Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib ki, Aleksey Navalnıya sui-qəsd cəhdində əli olan yeddi Rusiya vətəndaşına da məhdudiyyətlər qoyulacaq.


Bu günə qədər Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Avstraliya 850 Rusiya və Belarus vətəndaşına, o cümlədən Vladimir Putin və Aleksandr Lukaşenkoya, habelə Rusiyanın ən iri müəssisə və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.