İngiltərə də mundialla vidalaşdı
YARIMFİNALDA MƏRAKEŞİN RƏQİBİ FRANSA MİLLİSİ OLACAQ

Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatının sonuncu yarımfinalçısı olub.

 

Senzor.az bildirir ki, Fransa millisi “Əl Beyt” stadionunda turnirin 1/4 final mərhələsi çərçivəsində İngiltərə seçməsi ilə qarşılaşıb.

 

Matçın 17-ci dəqiqəsində fransalı futbolçu Orelyen Çuameni hesabı açıb. İlk hissə Fransa seçməsinin minimal üstünlüyü ilə yekunlaşıb.

 

Qarşılaşmanın 54-cü dəqiqəsində Fransa millisinin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirən ingiltərəli Harri Keyn hesabı bərabərləşdirib. Oyunun 78-ci dəqiqəsində Olivye Jiru Fransa millisini hesabda önə keçirib. Komandaların cədhlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.

 

Fransa millisi 2:1 hesablı qələbə qazanaraq dünya çempionatının sonuncu yarımfinalçısı olub.

 

Beləliklə, dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Digər dörddəbir final mərhələsinin oyunlarında Xorvatiya Braziliyanı, Argentina Niderlandı, Mərakeş isə Portuqaliyanı məğlub edərək yarımfinala yüksəliblər. 

 

Qeyd edək ki, yarımfinal qarşılaşmaları dekabrın 13-ü və 14-də keçiriləcək. Xorvatiya Argentina, Mərakeş isə Fransa ilə üz-üzə gələcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.