Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı – QLOBAL SÜLH SAMMİTİ ÇAĞIRILA BİLƏR

Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub.

 

Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

 

Bildirilib ki, V. Zelenski amerikalı həmkarına ötən cümə günü elan olunmuş növbəti müdafiə yardımı paketinə, habelə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyə, Rusiyanın təcavüzünə qarşı beynəlxalq səylərin birləşdirilməsinə rəhbərlik etdiyinə görə minnətdarlığını bildirib.

 

Volodimir Zelenski Ukraynanın sülhə nail olmağa çalışdığını vurğulayıb və bu məqsədə çatmaq üçün beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Məhz bu səbəbdəndir ki, G20 sammiti zamanı Ukrayna Prezidenti on kritik vacib addımı özündə əks etdirən sülh düsturunu təqdim edib və onun həyata keçirilməsi müharibəni dayandırmağa imkan verəcək.

 

Ukrayna Prezidenti bu mühüm istiqamətdə gələcək işlərlə bağlı Ukrayna tərəfinin mövqeyini bildirib və Qlobal Sülh Sammitinin çağırılması təşəbbüsü ilə çıxış edib.

 

V.Zelenski ABŞ-ın Ukraynaya göstərdiyi misilsiz müdafiə və maliyyə yardımına görə minnətdarlığını bildirib. Bu, təkcə döyüş meydanında uğur qazanmağa kömək etmir, həm də Ukrayna iqtisadiyyatının sabitliyini dəstəkləyir.

 

Eyni zamanda, V. Zelenski Rusiyanın raket terrorunun nəticələri barədə məlumat verib.

 

Bu kontekstdə Prezident ABŞ-ın Ukraynanın enerji sisteminin bərpası üçün göstərdiyi yardımı qeyd edib. Volodimir Zelenski bu sahədə əməkdaşlığın dərinləşməsinə ümid etdiyini bildirib.

 

Dövlət başçısı həmçinin hava hücumundan müdafiənin effektiv formalaşdırılmasının vacibliyini vurğulayıb. Volodimir Zelenski prezident Cozef Baydeni Ukraynanın mülki əhalisini və onun mühüm infrastrukturunu qorumaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.

 

Ukraynanın dövlət başçısı lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə hazır olduğunu təsdiqlədiyinə, habelə ABŞ-ın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə aydın və ardıcıl sadiqliyinə görə ABŞ liderinə təşəkkür edib.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.