Cahit Bağçı: Heydər Əliyevi “Tək millət, iki dövlət” anlayışını inşa edən lider kimi anırıq

Azərbaycanla Türkiyənin münasibətinin Ana Yasası Şuşa Bəyannaməsidir.


Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.


Səfir Türkiyə-Azərbaycan münasibətlərindən danışıb: “Şübhəsiz, Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini yenidən qazanılmasında xüsusi rolu olan və müasir Azərbaycan dövlətinin təməlini atan liderdir. Ümummilli lideri Türkiyə-Azərbaycan əlaqələrini başladan, sağlam sarsılmaz körpüsünü quran, “Tək millət, iki dövlət” anlayışını inşa edən lider kimi anırıq. Onun qurduğu sağlam münasibəti bu gün Prezident İlham Əliyev və Prezident Rəcəp Tayyib Ərdoğan yeni körpülər və sağlam münasibət qurmaqla davam etdirir. Biz hər zaman dediyimiz kimi, bu münasibətin açıq ifadəsi isə Şuşa Bəyannaməsidir”.


Cahit Bağçı Türkiyədə olan hərbi təlimlərin bənzərinin Azərbaycanda keçirildiyini vurğulayıb. “Azərbaycan və Türkiyənin keçirdiyi “Qardaş Yumruğu” təlimləri 4 ayrı bölgədə təşkil edilib və 2022-ci il ərzində keçirilən sonuncu hərbi təlimdir”.


Səfir bildirib ki, Şuşa Bəyannaməsi münasibətlərin hər sahədə inkişaf etdirilməsini tələb edir, müttəfiqlik sənədidir: “Bu sənəddən irəli gələrək münasibətlər hər sahədə inkişaf etdirilir”.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.