Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinə start verilir.
Senzor.az bildirir ki, bu gün Xorvatiya və Argentina milli komandaları üz-üzə gələcəklər.
"Lusail" stadionunda oynanılacaq matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Beləliklə, bu axşam mundialda ilk finalçının adı məlum olacaq.
Xatırladaq ki, dekabrın 9-da dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya millisi Braziliyanı, Niderland seçməsi isə Argentinanı mübarizədən kənarlaşdırıb.