Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə görüşüb.
Senzor.az xəbər verir ki, KOBİA-da təşkil olunmuş görüşdə Azərbaycan və Qırğızıstan KOB-ları arasında əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb, bu sahədə, eləcə də hər iki ölkənin bisneslərinin əlaqələndirilməsinə dair fikir mübadiləsi aparılıb.