Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının finalına yüksələn ilk komanda olub.
Senzor.az bildirir ki, komanda yarımfinal mərhələsində Xorvatiya yığması ilə qarşılaşıb.
“Lusail” stadionunda oynanılan matçda hesabı 34-cü dəqiqədə Argentina millisinin hücumçusu Lionel Messi açıb. Penalti zərbəsini dəqiq yerinə yetirən forvard komandasını hesabda önə keçirib. Beş dəqiqə sonra Xulian Alvares fərqlənməklə rəqibi yenidən meydanın mərkəzinə dəvət edib. Görüşün birinci hissəsi Argentina millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissədə - 69-cu dəqiqədə Xulian Alvares dubla imza atıb və hesabı yenidən artırıb...
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Argentina seçməsi mundialın finalına yüksəlib.
Xatırladaq ki, komandanın finalda rəqibi Mərakeş-Fransa qarşılaşmasının qalibi olacaq. Bu matç dekabrın 14-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.