Rusiya sülhməramlıları Monitorinq qrupunu yenə yataqlara buraxmadı
YENİLƏNİB, VİDEO

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələrilə Rusiya sülhməramlılarının komandanlığı arasında danışıqlar aparılıb. 

 

Senzor.az bildirir ki, bu barədə Monitorinq Qrupunun rəhbəri Məsim Məmmədov məlumat verib. 

 

Azərbaycan tərəfi növbəti dəfə vurğulayıb ki, “Qızılbulaq” və “Dəmirli” qızıl və mis-molibden yataqlarında təftiş aparmalıdır. Əvvəllər təsdiq edilmiş Yol xəritəsinə əsasən, sülhməramlılar bu işin təşkilini təmin etməlidirlər. Amma...

 

Təəssüf ki, Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə yenə lazımi şərait yaradılmayıb və nəticədə qarşıya qoyulan vəzifələrin icrasına bu dəfə də nail olunmayıb.

 

Daha ətraflı REAl TV-nin süjetində: 

 


**13:37


İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold”QSC-nin nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.

 

Senzor.az bildirir ki, bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov məlumat verib.

 

Görüşdə bir daha qeyd olunub ki, təqdim edilən yol xəritəsinə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır.

 

Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

 

Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırlmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.