DÇ-2022: Bürünc medalı Xorvatiya millisi qazandı

Qətərdə keçirilən dünya çempionatında 3-cü yer uğrunda mübarizədə Xorvatiya millisi Mərakeş yığması ilə qarşılaşıb.

 

Senzor.az bildirir ki, matçda hesabı Xorvatiya millisi açıb. Oyunun 7-ci dəqiqəsində Yosko Qvardiol fərqlənib. İki dəqiqə sonra mərakeşli futbolçu Əşrəf Dari hesabı bərabərləşdirib. Qarşılaşmanın 42-ci dəqiqəsində Mislav Orsiç Xorvatiya millisini hesabda önə keçirib. Avropa təmsilçisi fasiləyə üstün yollanıb - 2:1.

 

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə komandalar fərqlənə bilməyiblər.

 

Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən Xorvatiya seçməsi mundialı üçüncü pillədə başa vurub.

 

Bununla da Xorvatiya millisi ikinci dəfə dünya üçüncüsü olub. Komanda ilk dəfə 1998-ci ildə Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıb.

 

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.