ABŞ Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun döyüş bölgəsinə gələn zaman Ukrayna hərbçilərinin onu məhv etmək cəhdinin qarşısını almağa çalışıb.
Bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ rəsmiləri Gerasimovun Ukraynaya səfər etməyi planlaşdırdığını öyrənsələr də, bu məlumatı ukraynalılarla bölüşməyiblər. Onlar ehtiyat ediblər ki, generalın həyatına qəsd Rusiya ilə ABŞ arasında müharibənin başlamasına səbəb ola bilər.
Buna baxmayaraq, Ukrayna tərəfi Rusiya Baş Qərargah rəisinin səfərindən xəbər tutub. Daha sonra Vaşinqton Ukraynadan hücumu dayandırmasını istəyib.
Xatırladaq ki, aprelin 28-də bir sıra KİV-lər Gerasimovun İzyuma (Xarkov vilayəti) səfər etdiyi və orada yaralandığı barədə məlumat yaymışdılar.