Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Cənub Hərbi Dairəsinə işgüzar səfər edib və Ukraynada hərbi əməliyyatlar aparılan ərazilərdə qoşunların qruplaşdırılmasına baxış keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
S.Şoyqu helikopterlə qoşunların yerləşdirildiyi əraziləri gəzib, Ukraynanın işğal altındakı bölgəsində Rusiya bölmələrinin ön mövqelərini, istehkam və müdafiə xətlərini yoxlayıb.