Azərbaycan Prezidenti İlham Əliyev Qətər Əmirini milli bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan ilə Qətər arasında güclü İslam həmrəyliyinə əsaslanan ənənəvi dostluq münasibətləri və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək Qətərdə futbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edilməsi və uğurla keçirilməsi münasibətilə də Sizi ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm.