Qətər Avropa Parlamentinin qərarını sərt qınayıb

Avropa Parlamentinin (AP) Qətər nümayəndələrinə qarşı təklif etdiyi tədbirlər, xüsusən də AP binalarından çıxarılma əmirliyin Aİ ilə münasibətlərinə və beynəlxalq enerji təhlükəsizliyi ilə bağlı müzakirələrə mənfi təsir göstərəcək.


“İnterfax” xəbər verir ki, bunu Qətər diplomatı bildirib.


Onun sözlərinə görə, məhkəmə qərarı olmadan Qətərə qarşı belə bir ayrı-seçkilik tədbirinin tətbiqi, regional və qlobal təhlükəsizlik əməkdaşlığına, enerji təhlükəsizliyi ilə bağlı davam edən müzakirələrə mənfi təsir göstərəcək.


Qeyd edək ki, Avropa Parlamenti Qətərlə bağlı qanunvericilik sənədləri üzərində, xüsusən də Qətərlə viza liberallaşdırılması və Aİ-nin aviasiya sazişi ilə bağlı bütün işlərin, habelə planlaşdırılan səfərlərin vəziyyətə aydınlıq gətirilənə qədər dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edib.


Bundan əlavə, deputatlar məhkəmə araşdırmasının nəticələri məlum olana qədər Qətəri nümayəndələri üçün Avropa Parlamentinə daxil olması üçün verilən vəsiqələrin qüvvədən düşməsini xahiş ediblər.


Xatırladaq ki, Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç nəfər Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.