Azərbaycanla Səudiyyə Ərəbistan arasında iki sənəd imzalanıb.
Sənədlər Azərbaycan -Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyanın 7-ci iclası çərçivəsində imzalanıb.
Birinci sənəd, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şuranın yaradılması ilə bağlıdır.
İkinci imzalanan sənəd isə hökumətlərarası komissiyanın protokoludur.