Dövlət Xidməti: Türkiyənin dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şahi məscidi bərpa olunacaq

Mədəni irsin qorunması, bərpası sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması istiqamətində vacib addımlar atılmaqdadır.


Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.


O, TİKA ilə əməkdaşlıq məsələlərinə toxunub: "Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) arasında imzalanmış niyyət məktubuna uyğun olaraq, TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şahi məscidinin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilir. Artıq bütün layihə sənədlərinin hazırlanması və razılaşdırılması başa çatıb. Qısa müddətə bərpa-konservasiya işlərinə başlanılması planlaşdırılır".

Rəis müavini arxeoloji abidələrdən əldə olunan maddi-mədəniyyət nümunələrinin daha dəqiq tədqiq olunması üçün Türkiyənin təcrübəsindən istifadə etməyi düşündüklərini deyib: “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində elmi-arxeoloji qazıntı, tədqiqat və kəşfiyyat işlərinin nəticəsində aşkar olunan artefaktların tarixinin dəqiqləşdirilməsi ilə bağlı radiokarbon və izotop analizlərinin laboratoriya şəraitində tədqiq olunması üçün müraciət etmişik".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.