Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “S-400” və “İskander” raket sistemlərinin artıq ölkədə döyüş növbəsinə gətirildiyini bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Belarus lideri bunu rusiyalı həmkarı Vladimir Putinlə görüşün yekunlarına dair keçirdikləri mətbuat konfransında deyib.
“Bu gün biz Sizin Belarusa təhvil verdiyiniz "S-400" sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İskander” kompleksini döyüş növbəsinə qoyuruq”, – deyə A.Lukaşenko vurğulayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskdə birgünlük işgüzar səfərdədir.