Sabah Türkiyə-Gürcüstan-Azərbaycan müdafiə nazirləri bir araya gələcək.
Türkiyə mətbuatı xəbər verir ki, Milli müdafiə naziri Hulusi Akar Kayseridə keçiriləcək konfransda Azərbaycan və Gürcüstanın müdafiə nazirləri ilə görüşəcək.
Akar iki gün davam edəcək görüş çərçivəsində Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze və Azərbaycanın müdafiə naziri Zakir Həsənovla ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.
Görüşdə regionun, xüsusilə Gürcüstan, Azərbaycan və Türkiyənin sülh, sabitlik və gələcəyi ilə bağlı görüləcək işlərin müzakirə ediləcəyi gözlənilir.
Bundan əvvəlki üçtərəfli görüş ötən ilin oktyabrında Gürcüstanın Telavi əyalətinin Tsinandali bölgəsində keçirilib.