Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına səfəri ilə bağlı yayılan informasiyanın dəqiqliyini təsdiqləyib.
Bu barədə o, “Rossiyskaya qazeta”ya açıqlamasında məlumat verib.
“Əgər o, cümə günü Prezidentin olduğu qərargahı nəzərdə tutursa, o zaman bəli, gedib”, - Kreml sözçüsü deyib.
Xatırladaq ki, bir müddət öncə Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev Telegram kanalında Putinin xüsusi əməliyyat zonasına səfər etdiyini açıqlamışdı. Qeyd edilirdi ki, Putin xüsusi hərbi əməliyyatda iştirak edən qoşunların Birləşmiş Qərargahına baş çəkib. Prezident burada qərargahın işi ilə tanış olub, komandirlərlə ayrı-ayrılıqda görüşlər keçirib və onların məruzələrini dinləyib.