Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Tvitter” hesabında video paylaşıb.
“Videodan göründüyü kimi, eko-fəallar kənara çəkilir və İrəvana gedən BQXK-nın təcili tibbi yardım maşınlarının növbəti konveyi Şuşa-Xankəndi yolunun kəsişməsindən keçir. Körpə oğlan öz valideynləri ilə İrəvana aparılır. Yol mülki və humanitar məqsədlər üçün açıqdır. “Blokada” təbliğatını dayandırın!””, - deyə H.Hacıyev paylaşımında qeyd edib.