Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin üçtərəfli görüşü nəzərdə tutulmayıb.
Bunu “İnterfaks”a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Onlar olacaq, lakin üç nəfərlik görüş nəzərdə tutulmayıb", - Peskov bildirib.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Ermənistanın baş naziri, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün razılaşdırılmadığını, üç ölkə liderinin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində danışa biləcəyini bildirmişdi.
Qeyd edək ki, dekabrın 26-27-də Peterburqda MDB liderlərinin qeyri-formal sammiti keçiriləcək.