Dünən Sankt-Peterburqda başlayan MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində diqqət çəkən hadisə baş verib.
Senzor.az xəbər verir ki, sammitə qatılan ölkə rəhbərlərinə xüsusi üzüklər təqdim olunub.
Məlumata görə, üzüklər xüsusi olaraq sammit üçün hazırlanıb. Onun üzərində yeni il təbrikləri və “Rusiya”, “2023” yazılıb. 9 belə hədiyyə hazırlanıb. Hətta Belarus prezidenti Aleksandr Lukaşenko sammitdə danışarkən barmağında həmin üzük olub.