Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə tapşırıqla XİN-ə işə götürdüyü şəxslərdən danışıb.
O, bu barədə APA TV əməkdaşının “Nazir olduğunuz müddətdə qohumlarınızın və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etmisinizmi” sualını cavablandırarkən fikir bildirib: “Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi işə düzəlməsin… Bu, təbii məsələdir. Amma deməzdim ki, XİN-də bütün kollektiv qohumluğa görə işə qəbul olunub”.
Həmin müsahibəni təqdim edirik: