Ukrayna Baş Qərargahı: "Rusiya ordusunun İran istehsalı olan daha 11 PUA-sı vurulub"

“Rusiya Silahlı Qüvvələri son sutka ərzində İran istehsalı olan 13 “Şahed-136” pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Xarkov şəhərinin enerji infrastrukturuna zərbə endirib. Həmin PUA-lardan 11-i məhv edilib”.

 

Senzor.az bildirir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı  məlumatda belə deyilir.

 

Qeyd olunur ki, Donetsk vilayəti və Xarkov şəhərinin mülki infrastrukturuna 30 aviazərbə və 7 raket zərbəsi endirilib: “Düşmən Baxmut və Avdiivka istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Baxmut istiqamətində düşmən tank, minaatan, lüləli və raket artilleriyasından 25-dən çox yaşayış məntəqəsini atəşə tutub. Zaporojye və Xerson rayonlarında 25-dən çox yaşayış məntəqəsi atəşə tutulub. Dinc sakinlər arasında itkilər var”.

 

Məlumata görə, son sutkada Rusiya ordusunun təxminən 230 hərbçisi yaralanıb: “Ölənlərin sayı isə dəqiqləşdirilir. Ötən sutka ərzində aviasiyamız düşmənin cəmləşdiyi ərazilərə 17, zenit-raket komplekslərinin mövqelərinə isə 4 zərbə endirib. Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 5 idarəetmə məntəqəsini, canlı qüvvənin cəmləşdiyi 3 ərazini və işğalçıların silah-sursat anbarını vurub”.

 

Ukraynanın qərb hissəsi istisina olmaqla bütün bölgələrində hava həyəcanı siqnalı elan olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.