Putin Yeni il münasibətilə yalnız iki Avropa liderini təbrik etdi – NİYƏ?

Rusiya Prezidenti Vladimir Putin hazırkı Avropa liderlərindən yalnız Serbiya Prezidentinə və Macarıstanın Baş nazirinə Yeni il təbriki göndərib.

 

“İnterfaks” xəbər verir ki, Kremlin saytında Rusiya Prezidenti Vladimir Putinin Milad və Yeni il bayramları münasibətilə xarici dövlət və hökumət başçılarına təbrikləri dərc edilib. Avropa liderlərindən yalnız ikisi - Serbiya Prezidenti Aleksandar Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban təbrik olunan liderlər arasındadır.

 

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidentinin ABŞ, Fransa və Almaniya liderlərini Yeni il münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı jurnalistlərin suallarına aydınlıq gətirib: “Hazırda onlarla heç bir əlaqəmiz yoxdur. Prezident adı çəkilən ölkə liderlərinin qeyri-dost hərəkətlərini nəzərə alaraq onları təbrik etməyəcək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.