Kiyev meri Vitali Kliçko müharibə başlayandan bəri Rusiya işğalçı qüvvələrinin Ukrayna şəhərlərinin 30 merini oğurladığını açıqlayıb.
Bu barədə siyasətçi “Spiegel”ə müsahibəsində danışıb.
“Merlər hər yerdə hədəf idi. Rusiyalılar merləri həbs etməyə və onları əməkdaşlığa məcbur etmək üçün müxtəlif üsullardan istifadə etməyə çalışıblar”, - Ukrayna paytaxtının rəhbəri izah edib.
Kliçkonun sözlərinə görə, hökumət yerli məmurlara potensial işğal halında şəhərlərini tərk edib-etməmələri barədə dəqiq cavab verməyib. O əlavə edib ki, ukraynalılar özləri belə bir qərar qəbul etməli olublar.
“Vəziyyət çətin idi: əgər siz öz icmanızla birlikdə qalsanız, siz satqınsınız... Biz bir neçə dəfə hökumətdən göstəriş verməsini xahiş etmişik: qalmaq, yoxsa evakuasiya etmək? Amma dəqiq cavab almadıq", - deyə Kliçko fikrini yekunlaşdırıb.