Böyük Britaniya səfiri Ferqus Ould Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Bu barədə o, tviterdə paylaşım edib.
“Bu il möhtəşəm bir il oldu. 2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər – El bir olsa, dağ oynadar yerindən. Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm!”, - paylaşımda deyilir.
Səfir videomüraciətində 2022-ci ilin Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər baxımından əlamətdar il olduğunu, bu il ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini nəzərə çatdırıb.
Bu il möhtəşəm bir il oldu. 2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər – El bir olsa, dağ oynadar yerindən.
— FergusAuldFCDO (@FergusAuldFCDO) December 31, 2022
Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm! pic.twitter.com/HN7G4cxZmT