"Torpaq donandan sonra Ukrayna Müdafiə Qüvvələri irimiqyaslı hücuma keçə bilər. Çox güman ki, əsas döyüşlər yanvar və fevral aylarında davam edəcək. Mart ayında ərimə başlayacaq və bu, ağır texnikanın hərəkətini xeyli çətinləşdirəcək".
Axar.az xəbər verir ki, bunları rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.
Onun sözlərinə görə, təşəbbüs Ukrayna ordusunun tərəfindədir: "Rusiya müdafiəsində çox zəif yer var. Bu, Melitopol-Berdyansk xəttidir. Ukraynalıların nəinki böyük, həm də müharibənin nəticəsini həll edəcək hücumu həyata keçirmək üçün çox ciddi şansları var”.